​İraqda İŞİD-in yeddi komandiri öldürülüb

​İraqda İŞİD-in yeddi komandiri öldürülüb Həmçinin terrorçulara məxsus üç nəqliyyat vasitəsi məhv edilib
Digər ölkələr
21 Fevral , 2016 16:05
​İraqda İŞİD-in yeddi komandiri öldürülüb

Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqın Ər-Rəmadi şəhərinin şərq hissəsinə endirdiyi havadan zərbələr nəticəsində İŞİD terror qruplaşmasının 7 komandiri məhv edilib.

"Report" xəbər verir ki, bu barədə yerli hərbçilərə istinadən "Iraqi Media News Agency" məlumat yayıb.

Məlumata görə, təyyarələr terrorçu-komandirlərin görüşdüyü Ənbar əyalətinin Əl-Xalidiyyə rayonunu bombardıman edib. Həmçinin terrorçulara məxsus üç nəqliyyat vasitəsi məhv edilib.

Son xəbərlər

Orphus sistemi