​İraqda er.əv. III-II əsrlərə aid Hatra şəhəri məhv edilib

​İraqda er.əv. III-II əsrlərə aid Hatra şəhəri məhv edilib Qədim şəhər İŞİD terrorçuları tərəfindən yerlə bir edilib
Digər ölkələr
8 Mart , 2015 01:52
​İraqda er.əv. III-II əsrlərə aid Hatra şəhəri məhv edilib

Bakı. 8 mart. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri İraqın şimalında yerləşən qədim Hatra şəhərinin (Əl-Hadr) xarabalıqlarını yerlə bir ediblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Mosuldan 80 km. şimalda yerləşən bu şəhər er.əv. III-II əsrlərdə salınıb, Parfiya çarlığının mühüm dini mərkəzi olub və 241-ci ildə fars sərkərdəsi I Şapurun döyüşçüləri tərəfindən dağıdılıb.

1985-ci ildə Hatranın xarabalıqları YUNESKO-nun “Dünya Mədəni İrs Siyahısı”na daxil edilib.

Hatra arxeoloji parkının dağıdılması barədə İraqın Turizm və Antiklik Nazirliyinin nümayəndəsi məlumat verib. Daha sonra bu informasiya Kürdüstan Demokratik Partiyasının fəalı Səid Mumuzini tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl İŞİD terrorçuları qədim Nimrud şəhərini məhv etmişdilər.

Son xəbərlər

Orphus sistemi