Bakı. 3 iyul. REPORT.AZ/ İraq qoşunları Mosul şəhərinin cənub-şərqində üç kəndi İŞİD terror qruplaşmasından azad edib. "Report"un məlumatına görə, bu barədə "Əl Sumaria" telekanalı İraq ordusunun zabitinə istinadən xəbər verib.
Məlumatda bildirilir ki, İraqın şimalındakı şəhər İŞİD-in ölkədəki əsas dayağı olaraq qalır.
"İraq hərbçiləri qərbdəki Mahmur rayonunun Əl-Haram, Əл-Ədriyə və Əl-Mahal kəndlərini İŞİD-dən azad edib" – deyə zabit telekanala bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı 29 terrorçu məhv edilib.
İraq ordusunun istehkamçıları hazırda geri alınan əraziləri minalardan təmizləyir.