​İraq əcnəbi əsgərlərin ölkəni tərk etməsini istəyib

​İraq əcnəbi əsgərlərin ölkəni tərk etməsini istəyib "İraq heç kimdən əsgər göndərməsini xahiş etməyib"
Digər ölkələr
27 Sentyabr , 2015 01:55
​İraq əcnəbi əsgərlərin ölkəni tərk etməsini istəyib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Amerika və ya kiminsə əsgərləri əvəzinə, İraqa silah-sursat, kəşfiyyat məlumatları və əsgərlərə təlim keçilməsi lazımdır.

"Report" xəbər verir ki, bunu cümə günü İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri deyib.

"İraq heç kimdən gəlib bizim torpaqlarda iraqlıların yerinə döyüşəcək əsgər göndərmələrini xahiş etməyib. İraqın ehtiyac duyduğu havadan dəstək, silah-sursat və təchizat, kəşfiyyat məlumatlarıdır, lakin quru qoşunları və ABŞ-ın yaxud hansısa başqa bir ölkənin hərbi bazaları heç bir halda lazım deyil", - deyə Nyu-Yorkda səfərdə olan nazir söyləyib.

Son xəbərlər

Orphus sistemi