İran Sinqapur gəmisinə atəş açıb

İran Sinqapur gəmisinə atəş açıb Cef Ratki: "Bu hadisənin meydana gəlməsi səbəbini anlamağa çalışırıq"
Digər ölkələr
15 May , 2015 10:30
İran Sinqapur gəmisinə atəş açıb

Bakı. 15 may. REPORT.AZ/ İranın beş patrul kateri Bəsrə körfəzində Sinqapur bayrağı altında üzən gəmiyə xəbərdarlıq atəşi açıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Elis Smit bildirib.

Onun sözlərinə görə, açılan atəşdən sonra Sinqapur gəmisi Birləşmiş Ərəb Əmirliyi istiqamətində hərəkət edib: "Həmin gəmidə ABŞ vətəndaşları olmayıb".

Dövlət Departamentinin sözçüsü Cef Ratki də bu məsələyə münasibət bildirib: "Hörmüz və Babül-Məndəb boğazları arasındakı beynəlxalq sularda ticarət və səyahət gəmilərinin sərbəst hərəkətinə mane olan hər olay bizi qayğılandırır. Bu hadisənin meydana gəlməsi səbəbini anlamağa çalışırıq".

Son xəbərlər

Orphus sistemi