Bakı. 26 iyul. REPORT.AZ/ İndoneziyanın Yava adasının cənub sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
"Report" RİA Novosti agentliyinə istinadən xəbər verir ki, zəlzələnin ocağı Malanq şəhərindən 150 kilometr cənub-şərqdə yerləşib.
Ölən və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.