​İndoneziyada bərə batıb, onlarla sərnişin boğulub

​İndoneziyada bərə batıb, onlarla sərnişin boğulub Ölkədə adətən sərnişinlərin sayı qeydə alınmır
Digər ölkələr
4 Mart , 2016 17:00
​İndoneziyada bərə batıb, onlarla sərnişin boğulub

Bakı. 4 mart. REPORT.AZ/ İndoneziyanın Yava və Bali adaları arasındakı boğazda bərənin batması nəticəsində ekipaj üzvləri də daxil olmaqla, onlarla sərnişin boğularaq ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Yaponiyanın "The Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, bərədəki sərnişinlərin dəqiq sayı bilinmir. Gəmiçilik manifestinə əsasən, bərənin göyərtəsində 14-ü ekipaj üzvü olmaqla, 51 nəfər olub. Bununla belə, sərnişinlərin sayının çox olması da istisna edilmir. Çünki İndoneziyada adətən sərnişinlərin sayı qeydə alınmır.


Son xəbərlər

Orphus sistemi