​İndoneziya sahillərində sərnişin gəmisi qəzaya uğrayıb

​İndoneziya sahillərində sərnişin gəmisi qəzaya uğrayıb Hadisə yerində axtarış-xilasetmə işləri aparılır
Digər ölkələr
20 Dekabr , 2015 06:54
​İndoneziya sahillərində sərnişin gəmisi qəzaya uğrayıb

Bakı. 20 dekabr. REPORT.AZ/ İndoneziyanın Sulavesi adası sahillərində göyərtəsində 100-dən çox sərnişinin olduğu gəmi qəzaya uğrayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Kolaka limanından Cənubi Sulavesi əyalətinə istiqamət alan gəmi, hələ tam olaraq batmayıb.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Gəminin göyərtəsində, müxtəlif məlumatlara görə, heyət üzvləri də daxil olmaqla 108-dən 122-dək adam olub.

Qəzanın hansı səbəbdən baş verdiyi, həmçinin sağ qalanın olub-olmadığı barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi