Bakı. 1 aprel. REPORT.AZ/ Terrorçu İslam Dövləti təşkilatına aid silahlı şəxslər Dəməşqdəki “Yarmuk” Fələstin qaçqın düşərgəsinə daxil olublar. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, məlumatı fələstinli rəsmilər də təsdiqləyib.
Xəbər verilir ki, düşərgənin böyük bir hissəsini zəbt edən İD döyüşçüləri ilə düşərgədəki qruplar arasında toqquşma baş verib.
BMT-nin məlumatına görə hazırda bu düşərgədə 18 minədək fələstinli yaşayır.
İlk dəfə 1948-ci ildə İsrail-Ərəb müharibəsinin ardınca salınan “Yarmuk” düşərgəsi əslində Fələstin diasporasının qeyri-rəsmi paytaxtı sayılır.
Suriya müharibəsindən əvvəl bu düşərgədə 150 min insan yaşayırdı. Düşərgənin öz məsçidləri, məktəbləri və inzibati binaları var.