Hindistanda toyda partlayış nəticəsində qadın və uşaqlar ölüb

Hindistanda toyda partlayış nəticəsində qadın və uşaqlar ölüb Hadisə nəticəsində 2 qadın və 5 uşaq həyatını itirib
Digər ölkələr
27 Aprel , 2016 22:27
Hindistanda toyda partlayış nəticəsində qadın və uşaqlar ölüb

Bakı. 27 aprel. REPORT.AZ/ Hindistanın Uttar-Pradeş ştatında keçirilən toy mərasimi zamanı qaz balonunun partlaması nəticəsində ən azı 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü yerli polisdəki mənbəyə istinadən "Sinxua" məlumat yayıb.

"Qaz balonunun partlaması nəticəsində iki qadın və beş uşaq ölüb, 15 nəfər xəsarət alıb", — deyə polis nümayəndəsi bildirib.

Həmçinin məlumat verilir ki, balon toy mərasimi üçün yemək bişirilən zaman partlayıb.

Partlayış nəticəsində yaxınlıqdakı evlər də yanıb.

Son xəbərlər

Orphus sistemi