​Hindistanda torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb

​Hindistanda torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb Dağıntı altında hələ də adamların olduğu bildirilir
Digər ölkələr
22 Aprel , 2016 11:07
​Hindistanda torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb

Bakı. 22 aprel. REPORT.AZ/ Hindistanın Çinlə sərhədində Arunaçal-Pradeş bölgəsində torpaq sürüşməsi nəticəsində uçqun altında qalanlardan 16 nəfərin meyiti çıxarılıb. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sürüşmə leysan nəticəsində yaranıb.

Təbii fəlakət yerində xilasedicilər axtarış-xilasetmə əməliyyatı keçirir. Hadisə bu gün səhər saatlarında Arunaçal-Pradeş bölgəsinin Pxalma kəndində baş verib.

Dağıntı altında hələ də adamların olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi