Hillari Klintonun prezident olacağı təqdirdə dövlət katibi vəzifəsinə mümkün namizədlərin adları açıqlanıb

Hillari Klintonun prezident olacağı təqdirdə dövlət katibi vəzifəsinə mümkün namizədlərin adları açıqlanıb Dövlət katibinin birinci müavini olmuş Uilyam Börns və dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Uendi Şerman əsas namizədlər sayılır
Digər ölkələr
9 Avqust , 2016 11:25
Hillari Klintonun prezident olacağı təqdirdə dövlət katibi vəzifəsinə mümkün namizədlərin adları açıqlanıb

Bakı. 9 avqust. REPORT.AZ/ ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd olan Hillari Klinton qarşıdakı seçkilərdə qələbə qazanacağı halda dövlət katibi Con Kerrini vəzifəsində saxlamayacaq.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, bu barədə "Plitico" diplomatik mənbəyə istinadən məlumat yayıb. 

Mənbə bildirib ki, Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizəd olmaq üçün H.Klintonun öz namizədləri var. Mənbə hesab edir ki, bu vəzifəni sabiq dövlət katibinə xarici siyasətə baxışını həyata keçirməyə yardım edəcək şəxs tutacaq. Mümkün namizədlər arasında Barak Obama və oğul Corc Buş administrasiyalarında dövlət katibinin birinci müavini olmuş Uilyam Börns və dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Uendi Şermanın adları çəkilir.

Nəşrin məlumatına görə, H.Klinton prezident seçiləcəyi halda hazırki dövlət katibi Con Kerri Suriya, İran və ya İsrail-Fələstin münaqişəsi məsələləri üzrə ABŞ-ın xüsusi nümayəndəsi ola bilər.

Son xəbərlər

Orphus sistemi