Hillari Klinton Çini tənqid atəşinə tutub

Hillari Klinton Çini tənqid atəşinə tutub "ABŞ-a qarşı yönələn kiber hücumların arxasında dayanan qüvvə Çindir və bu ölkə məsuliyyət daşımalıdır"
Digər ölkələr
5 İyul , 2015 12:29
Hillari Klinton Çini tənqid atəşinə tutub

Bakı. 5 iyul. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton bəyan edib ki, ölkəsinə məxsus bir sıra dövlət sirinin xakerlər tərəfindən oğurlanması faktlarına görə Çin məsuliyyət daşıyır.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, xanım Klinton bildirib ki, kiber hücumların arxasında dayanan qüvvə məhz Çindir.

"Ümumiyyətlə, ABŞ-da hərəkətdə olan hər bir fəaliyyəti Çin izləmək istəyir. Həmçinin, Pekin hərbi gücünü də sürətlə artır. Bu kimi fəaliyyətlər ABŞ-la yanaşı Vaşinqtonun müttəfiqlərini də təhlükə altına qoyur. Misal olaraq Fillipini göstərə bilərəm", - deyə H.Klinton vurğulayıb.

Onun sözlərinə görə, ABŞ güclənən Çinə qarşı çox diqqətli olmalıdır.

Son xəbərlər

Orphus sistemi