Gürcüstanda deputatın maşını partlayıb, yaralananlar var

Gürcüstanda deputatın maşını partlayıb, yaralananlar var Xəsarət alanlar yoldan keçənlər olub
Digər ölkələr
5 Oktyabr , 2016 01:16
Gürcüstanda deputatın maşını partlayıb, yaralananlar var

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Tbilisidə Gürcüstan parlamentinin deputatı Givi Tarqamadzenin avtomobilində partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə parlamentari özü məlumat verib.

Onun sözlərinə görə, partlayış nəticəsində yoldan keçən bir neçə nəfər xəsarət alıb. Bundan əlavə, maşının arxa hissəsi ziyan çəkib. Tarqamadze qeyd edib ki, o və sürücüsü cüzi zərər çəkib.

Deputatın fərziyyəsinə görə, partlayış "məsafədən idarə olunan pult vasitəsi ilə törədilib".

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Son xəbərlər

Orphus sistemi