Bakı. 15 sentyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə əmək qanunvericiliyinin islahatlarına qarşı nümayişin gedişatında 12 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə "France Press" xəbər yayıb.
Qeyd edək ki, daha əvvəl beş asayiş keşikçisi daxil olmaqla, aksiyada altı nəfərin zərər çəkdiyi bildirilirdi. Müxtəlif məlumatlara görə, etiraz aksiyalarında 78 mindən 170 min insana qədər iştirak edib.
Zərər çəkənlərdən dördü nümayişçi, səkkizi polis əməkdaşıdır.
Aksiya zamanı 15 nəfər saxlanılıb.