Fransa Ukraynaya silah verməyə planlaşdırmır

Fransa Ukraynaya silah verməyə planlaşdırmır Almaniya kansleri Angela Merkel də oxşar bəyanatla çıxış edib
Digər ölkələr
4 Fevral , 2015 22:33
Fransa Ukraynaya silah verməyə planlaşdırmır

Bakı. 4 fevral. REPORT.AZ/ Fransa höküməti rusiyapərəst separatçılarla mübarizədə Ukraynaya silah verməyi planlaşdırmır. "Report" AFP-yə istinadla xəbər verir ki, bu bəyanatla Fransanın müdafiə naziri Jan İv le Drian çıxış edib.

Kanadalı həmkarı Robert Nikolsonla bu gün keçirdiyi mətbuat konfransında Drian deyib ki, rəsmi Paris bu münaqişənin siyasi yollarla həll edilməsinə tərəfdardır.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel də fevralın 3-də oxşar fikirlər səsləndirib.

Son xəbərlər

Orphus sistemi