Yuxarı

Fransa Ukraynaya silah verməyə planlaşdırmır

Almaniya kansleri Angela Merkel də oxşar bəyanatla çıxış edib

Bakı. 4 fevral. REPORT.AZ/ Fransa höküməti rusiyapərəst separatçılarla mübarizədə Ukraynaya silah verməyi planlaşdırmır. "Report" AFP-yə istinadla xəbər verir ki, bu bəyanatla Fransanın müdafiə naziri Jan İv le Drian çıxış edib.

Kanadalı həmkarı Robert Nikolsonla bu gün keçirdiyi mətbuat konfransında Drian deyib ki, rəsmi Paris bu münaqişənin siyasi yollarla həll edilməsinə tərəfdardır.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel də fevralın 3-də oxşar fikirlər səsləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi