Fransa İsrailə xəbərdarlıq etdi: "Fələstinin müstəqilliyini tanıya bilərik"

Fransa İsrailə xəbərdarlıq etdi: "Fələstinin müstəqilliyini tanıya bilərik" "Biz, bu münaqişəni iki dövlət prinsipi əsasında dinc yolla həll etmək istəyirik"
Digər ölkələr
30 Yanvar , 2016 00:23
Fransa İsrailə xəbərdarlıq etdi: Fələstinin müstəqilliyini tanıya bilərik

Bakı. 30 yanvar. REPORT.AZ/ "Yaxın bir neçə həftə ərzində Fransa höküməti İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı beynəlxalq konfransın hazırlıq işlərinə başlayacaq. Ancaq bu tədbir də nəticə verməsə rəsmi Paris Fələstinin müstəqilliyini tanıyacaq".

"Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri Fransanın Xarici işlər naziri Loran Fabius səsləndirib.

Fransalı nazir bildirib ki, sözü gedən konfransda bütün tərəflər iştirak etməlidir, o cümlədər ABŞ, Avropa və Ərəb dövlətlərinin nümayəndələri.

"Biz, bu münaqişəni iki dövlət prinsipi əsasında dinc yolla həll etmək istəyirik. Bu konfrans sülh danışıqları üçün son cəhd olacaq", - deyə Fabius vurğulayıb.

Son xəbərlər

Orphus sistemi