Bakı. 11 dekabr. REPORT.AZ/ Fransada məhdud imkanlı insanların müalicə olunduğu binanın üzərinə hərbi təyyarə düşüb.
"Report" İTAR-TASS-a istinadən xəbər verir ki, qəza Tur şəhəri ərazisində baş verib.
Hadisə nəticəsində ən azı dörd mülki şəxs xəsarət alıb. Təyyarəçilərin aqibəti haqda məlumat yoxdur.
Qəzaya Fransa Hərbi Hava Qüvvələrində, xüsusilə də pilotların öyrədilməsində istifadə olunan yüngül mühərrikli "Alpha Jet" tipli təyyarə uğrayıb.