Баку. 18 октября. REPORT.AZ/ Bu gün səhər Filippin adaları güclü "Koppu" qasırğasına məruz qalıb.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ölkənin ən böyük adası olan Lusonda 10 mindən çox insan təhlükəsiz bölgələrə təxliyyə edilib.
Təyyarə reysləri və bərələrin fəaliyyəti dayandırılıb.
Qasırğanın mərkəzində küləyin gücünün 250 km/s təşkil etdiyi bildirilir.