Filippində yüksək şiddətli fırtına təhlükəsi xəbərdarlığı olunub

Filippində yüksək şiddətli fırtına təhlükəsi xəbərdarlığı olunub "Melor" tayfun qasırğasının yaxınlaşması ilə əlaqədar 700 mindən çox adam evakuasiya olunub
Digər ölkələr
14 Dekabr , 2015 12:56
Filippində yüksək şiddətli fırtına təhlükəsi xəbərdarlığı olunub

Bakı. 14 dekabr. REPORT.AZ/ Filippin hökuməti "Melor" tayfun qasırğasının yaxınlaşması ilə əlaqədar 700 mindən çox adamı sahilyanı bölgələrdən evakuasiya edib.

"Report" AFP-yə istinadən xəbər verir ki, fövqəladə vəziyyətlərdə milli idarəetmə mərkəzi Albay vilayətində yağan leysan səbəbindən Mayon vulkanı regionundakı yamaclarda torpaq sürüşməsi ehtimalı nəzərə alınaraq təxminən 600 min nəfərin təxliyyə edildiyini məlumat verib. Qonşu Sorsogon əyalətindən isə 130 min insan evakuasiya edilib.

"Melor" tayfun qasırğasının ölkənin şərq sahillərinə yaxınlaşması ilə əlaqədar olaraq, regionda ən yüksək təhlükə səviyyəsində fırtına xəbərdarlığı elan olunub. Hökumət rəsmiləri müvəqqəti olaraq məktəblərin, bəzi ofislərin bağlanmasına qərar verib, eləcə də FHN işçilərinə hər an hazır vəziyyətdə olmağı tapşırıb.

Son xəbərlər

Orphus sistemi