​Ficidə tropik qasırğa qurbanlarının sayı 36 nəfərə çatıb

​Ficidə tropik qasırğa qurbanlarının sayı 36 nəfərə çatıb Ölkədə 30 günlük təbii fəlakət rejimi tətbiq olunub
Digər ölkələr
24 Fevral , 2016 04:00
​Ficidə tropik qasırğa qurbanlarının sayı 36 nəfərə çatıb

Bakı. 24 fevral. REPORT.AZ/ Sakit okeanda yerləşən Fici ada dövlətində baş verən "Uinston" tropik qasırğası nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə istinadən "Frans Press" məlumat yayıb.

Bunadək 29 nəfərin öldüyü məlum idi.

Qasırğaya ən yüksək, beşinci, təhlükə dərəcəsi verilib. Hökumət 30 gün müddətinə ölkədə təbii fəlakət rejiminin tətbiq edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi