​Fəllucada İraq hərbçilərinin kütləvi məzarlığı aşkar olunub

​Fəllucada İraq hərbçilərinin kütləvi məzarlığı aşkar olunub Məzarlıqda 400 hərbçi qalığının olduğu bildirilir
Digər ölkələr
5 İyun , 2016 23:42
​Fəllucada İraq hərbçilərinin kütləvi məzarlığı aşkar olunub

Bakı. 5 iyun. REPORT.AZ/ İraqın "Xalq könüllüləri qüvvələri" İŞİD terror qruplaşmasının nəzarəti altında olan Əl-Fəlluca şəhərinin şimalında 400 hərbçi qalığının olduğu kütləvi məzarlıq aşkar olunub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü "Əs-Sumariyə" telekanalı məlumat yayıb.

Məzarlıq Əl-Fəlluca şəhərindən bir neçə km şimalda yerləşən Əs-Saklaviyə yaşayış məntəqəsi ətrafındadır və yalnız ötən gün terrorçulardan azad edilib.

Telekanalın məlumatına görə, cəsədlər İraq ordusunun 53-cü briqadasının 10-cu batalyonunun döyüşçülərinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi