Bakı. 21 sentyabr. REPORT.AZ/ Parisdə yerləşən Eyfel qülləsi qanunsuz daxil olma cəhdləri səbəbindən turistlərin üzünə bağlanıb.
“Report” xəbər verir ki, bu barədə idarəedici şirkət nümayəndələrinin məlumatında bildirilir.
“Eyfel qülləsinə ictimai giriş bağlanıb”, — deyə məlumatda bildirilir.
Turistlər üçün girişin yenidən nə vaxt açılacağı barədə məlumat hələ ki, yoxdur.