Bakı. 26 aprel. REPORT.AZ/ Everest zirvəsinin yamacında baş vermiş qar uçqunu nəticəsində ən azı 65 alpinist həyatını itirib.
"Report" xəbər verir ki, təqribən daha min alpinist dağda salınan mərkəzi düşərgədə qalmaqdadır.
Hava şəraitinin pis olması səbəbindən alpinistləri təxliyə etmək hələ ki, mümkün deyil.
Qar uçqunu Nepalda qeydə alınan güclü zəlzələ nəticəsində baş verib.