​"Eurostar" dəmiryolçuları silsilə tətil keçirəcəklər

​"Eurostar" dəmiryolçuları silsilə tətil keçirəcəklər Onların etiraz aksiyası 5 gün davam edəcək
Digər ölkələr
10 Avqust , 2016 15:28
​Eurostar dəmiryolçuları silsilə tətil keçirəcəklər

Bakı. 10 avqust. REPORT.AZ/ "Eurostar" Sürətli Qatarlar Dəmiryol Şirkətinin işçiləri iş şəraitinin yaxşılaşdırılması tələbi ilə avqustda tətil keçirməyi planlaşdırıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu, dəmiryolu və dəniz nəqliyyatı işçilərinin həmkarlar təşkilatının avqustun 10-da yaydığı bəyanatda vurğulanıb.

Məlumata görə, dəmiryolçular avqustun 12-də və 15-də birgünlük, 27-29-da isə üçgünlük tətil keçirəcəklər.

Xəbərdə bildirilib ki, həmkarlar təşkilatının baş katibi Mik Keş etiraz aksiyasının tələbləri ilə bağlı bunları deyib: "Həmkarlar təşkilatının təmsilçiləri iş şəraitin yaxılaşdırılmasını, əmək fəaliyyəti və şəxsi həyatın balanslaşdırılmasını tələb edirlər. İndi növbə "Eurostar" şirkətinin rəhbərlərinə çatıb. Onlar yeni təkliflərlə danışıqlar masasına oturmalıdırlar".

Qeyd edək ki, "Eurostar"ın qatarları Avropa İttifaqına üzv dövlətlər arasında hərəkət edir. 

Son xəbərlər

Orphus sistemi