El Faro gəmisinin qalıqlarının tapılması üçün sualtı cihazdan istifadə ediləcək

El Faro gəmisinin qalıqlarının tapılması üçün sualtı cihazdan istifadə ediləcək Axtarışlar zamanı insan cəsədləri tapılsa, Dəniz Donanması onları çıxarmağa cəhd göstərəcək
Digər ölkələr
2 Noyabr , 2015 21:11
El Faro gəmisinin qalıqlarının tapılması üçün sualtı cihazdan istifadə ediləcək

Bakı. 02 noyabr. REPORT.AZ/ ABŞ hərbi dəniz donanması ötən ay Baham adaları yaxınlığında qasırğa zamanı itkin düşmüş El Faro yük gəməsinin qalıqlarının aşkar edildiyini təsdiqləmək üçün uzaqdan idarə edilə bilən sualtı cihazdan istifadə edəcək. "Report"un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, 240 metr uzunluğunda olan və 33 ekipaj üzvlü El Farqo gəmisi oktyabrın 1-i Hoakin qasırğası zamanı yoxa çıxıb.

Rəsmilər deyib ki, onlar qalıqlar arasından gəminin qara qutusunu tapmağa çalışır. Qara qutunun tapılması gəminin qəzaya uğrama səbəbi ilə bağlı məlumat əldə etməyə yardım edəcək.

Axtarışlar zamanı insan cəsədləri tapılsa, Dəniz Donanması onları çıxarmağa cəhd göstərəcək.

El Faronun kapitanı gəmi Floridanın Ceksonvil şəhərindən Puerto Rikonun San Huan şəhərinə səyahət edərkən radardan itməsindən bir qədər əvvəl həyəcan siqnalı verib.

ABŞ Sahil Mühafizə Xidməti uzun sürən axtarışlardan sonra suyun üzündə gəmi qalıqları və bir cəsəd aşkar edib.

El Faro itməsi 1983-cü ildən bəri ABŞ bayrağı altında üzən bir neçə gəmi insidentlərlə üzləşib. Ancaq El Faro itməsi bunlar arasında ən dəhşətlisidir.

Son xəbərlər

Orphus sistemi