Əfqanıstanın cənubunda 27 "Taliban" döyüşçüsü öldürülüb

Əfqanıstanın cənubunda 27 "Taliban" döyüşçüsü öldürülüb Əməliyyat zamanı ölkənin təhlükəsizlik qüvvələrinin də 3 əməkdaşı həlak olub
Digər ölkələr
20 Avqust , 2016 21:04
Əfqanıstanın cənubunda 27 Taliban döyüşçüsü öldürülüb

Bakı. 20 avqust. REPORT.AZ/ Əfqanıstanın cənubunda keçirilmiş hərbi əməliyyat zamanı "Taliban" hərəkatının 27 üzvü öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "Pajhwok" agentliyi xəbər yayıb.

Məlumata görə, Əfqanıstanın təhlükəsizlik qüvvələri silahlıların mövqelərinə cümə gecəsi zərbə endirib.

Əməliyyat zamanı Əfqanıstanın təhlükəsizlik qüvvələrinin də 3 əməkdaşı həlak olub. 

Son xəbərlər

Orphus sistemi