Əfqanıstanda xüsusi əməliyyat zamanı 100-ə yaxın silahlı qruplaşma üzvü məhv edilib

Əfqanıstanda xüsusi əməliyyat zamanı 100-ə yaxın silahlı qruplaşma üzvü məhv edilib Ən azı 65 nəfər yaralanıb, dördü isə girov götürülüb
Digər ölkələr
26 Oktyabr , 2015 14:40
Əfqanıstanda xüsusi əməliyyat zamanı 100-ə yaxın silahlı qruplaşma üzvü məhv edilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Əfqanıstanın güc strukturlarının apardığı əməliyyat nəticəsində son sutkada hökumət əleyhinə döyüşən qruplaşamaların 97 silhalı üzvü məhv edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ölkənin təhlükəsizlik qüvvələrinin nümayəndələri bildirib.

Ən azı 65 silahlı qruplaşma üzvü yaralanıb, dördü isə girov götürülüb. Öldürülənlər arasında silahlı müxalifətin bölmə komandirləri də olub. Silahlar müsadirə olunub, onlarla mina və fuqas zərərsizləşdirilib.

Xatırladaq ki, Əfqanıstan ordusu və polisi bazar günü səhər Kunar, Laqman, Pərvan, Kabil, Qazni, Herat, Badqis və Hilmənd əyalətlərində silahlı müxalif döyüşçülərin "təmizlənməsinə" hesablanmış irimiqyaslı əməliyyatlara başlayıb.

Son xəbərlər

Orphus sistemi