Bakı. 27 fevral. REPORT.AZ/ Əfqanıstanın şərqində Kunar əyalətinin Əsədabad şəhərində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı 11 nəfər ölüb.
"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Yaralıların sayı təxminən 40 nəfərdir.
Hadisənin məsuliyyətini hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.