Bakı. 30 sentyabr. REPORT.AZ/ Əfqanıstanın Badğis vilayətində avtomobilin uzaqdan idarə edilən partlayıcı qurğu vasitəsilə partladılması nəticəsində azı 10 nəfər həlak olub.
"Report" TASS-a istinadən xəbər verir ki, vilayət qubernatorun sözlərinə görə, avtomobil adamları Lanqar şəhərinin ucqar nöqtəsinə apararkən əldəqayırma fuqasın partladılması ilə dayandırılıb.
Hələlik terror qruplaşmalarından heç biri bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.