Bakı. 14 may. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Gilmend əyalətinin mərkəzində - Laşkargah şəhərinin yaxınlığında terrorçu-kamikadze polis təlim mərkəzi yaxınlığında partlayış törədib.
"Report" BBC-yə istinadən xəbər verir ki, "canlı bomba" partlayıcı qurğunu yerli vaxtla saat 09:00 radələrində işə salıb.
KİV-in məlumatına görə, 8 kursant yaralanıb. Zərərçəkənlərin sayı barədə rəsmi məlumat yoxdur.
"Taliban" hərəkatı terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.