Əfqanıstanda terror aktı törədilib, 8 nəfər yaralanıb

Əfqanıstanda terror aktı törədilib, 8 nəfər yaralanıb "Taliban" hərəkatı terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb
Digər ölkələr
14 May , 2016 12:05
Əfqanıstanda terror aktı törədilib, 8 nəfər yaralanıb

Bakı. 14 may. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Gilmend əyalətinin mərkəzində - Laşkargah şəhərinin yaxınlığında terrorçu-kamikadze polis təlim mərkəzi yaxınlığında partlayış törədib.

"Report" BBC-yə istinadən xəbər verir ki, "canlı bomba" partlayıcı qurğunu yerli vaxtla saat 09:00 radələrində işə salıb.

KİV-in məlumatına görə, 8 kursant yaralanıb. Zərərçəkənlərin sayı barədə rəsmi məlumat yoxdur.

"Taliban" hərəkatı terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi