Əfqanıstanda İŞİD-lə "Taliban" arasındakı silahlı toqquşmada 20 nəfər ölüb

Əfqanıstanda İŞİD-lə "Taliban" arasındakı silahlı toqquşmada 20 nəfər ölüb Polis rəisi: "İŞİD-lə və "Taliban" hərəkatı biri-birinə qarşı cihad elan edib"
Digər ölkələr
25 May , 2015 13:20
Əfqanıstanda İŞİD-lə Taliban arasındakı silahlı toqquşmada 20 nəfər ölüb

Bakı. 25 may. REPORT.AZ/ Əfqanıstanda "Taliban" hərəkatı silahlıları ilə İŞİD qruplaşmasının üzvləri arasında atışma olub. "Report" xəbər verir ki, bu haqda "Khaam Press" məlumat yayıb.

Xəbərə görə, silahlı toqquşma nəticəsində azı 20 nəfər ölüb.

Əfqanıstan ordusunun təmsilçisi Hənif Razay bildirib ki, hadisə gecə ölkənin Fərəh əyalətində baş verib. Onun sözlərinə görə, "Taliban" hərəkatı 4-ü qadın olmaqla İŞİD-in 12 silahlısını əsir götürüb.

Gilmend əyaləti polis idarəsinin rəhbəri Nəbi Can Mullahxil deyib ki, İŞİD və "Taliban" hərəkatı biri-birinə qarşı cihad elan edib.

Məlumatda bildirilib ki, bu iki terrorçu qruplaşmanın silahlıları arasında əvvəllər də atışmalar olub.

Son xəbərlər

Orphus sistemi