Əfqanıstanda 8 "taliban"çı öldürülüb

Əfqanıstanda 8 "taliban"çı öldürülüb Yerli sakinlər arasında terrorçulara kömək edən şəxs də saxlanılıb
Digər ölkələr
18 Sentyabr , 2016 17:46
Əfqanıstanda 8 talibançı öldürülüb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabil şəhəri yaxınlığında "Taliban" terror qruplaşmasının bir neçə silahlısı məhv edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat paytaxt yaxınlığındakı Qarabağ rayonunda baş verib. Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı toqquşma terrorçuların itki verməsi ilə nəticələnib.

Qarabağ rayonu administrasiyasının rəhbəri Samiullah Şərif  bildirib ki, atışma zamanı 8 silahlı öldürülüb. Onun sözlərinə görə, yerli sakinlər arasında terrorçulara kömək edən şəxs də saxlanılıb.

"Taliban" hadisə ilə bağlı hər hansı açıqlama verməyib.  

Son xəbərlər

Orphus sistemi