Əfqanıstanda 5,2 bal gücündə zəlzələ olub

Əfqanıstanda 5,2 bal gücündə zəlzələ olub Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur
Digər ölkələr
27 Yanvar , 2016 05:19
Əfqanıstanda 5,2 bal gücündə zəlzələ olub

Bakı. 27 yanvar. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində 5,2 bal gücündə zəlzələ olub. "Report" "Gazeta.Ru"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat verib.

Məlumata görə, yeraltı təkanların episentri Fərxar şəhərindən 20 km şimalda, Tacikistanla sərhəddə yerləşib. Zəlzələ ocağı yerin 308 km dərinliyində olub.

Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi