​Əfqanıstanda 30 silahlı öldürülüb, 40-ı yaralanıb

​Əfqanıstanda 30 silahlı öldürülüb, 40-ı yaralanıb Yola quraşdırılmış minanın partlaması nəticəsində 6 hərbçi həlak olub
Digər ölkələr
8 İyul , 2015 16:05
​Əfqanıstanda 30 silahlı öldürülüb, 40-ı yaralanıb

Bakı. 8 iyul. REPORT.AZ/ Əfqanıstan hərbçiləri ilə polisin birgə keçirdiyi əməliyyat nəticəsində bir sutkada 30 silahlı öldürülüb.

"Report" "Khaama press"ə istinadən xəbər verir ki, bu haqda Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat Fəryab, Qəndahar, Zabul, Uruzqan, Vardak, Lohar və Gilmend əyalətilərində keçirilən əməliyyatlar nəticəsində 40 silahlı yaralanıb.

Terrorçuların yüngül və ağır odlu silahları müsadirə olunub. 

Məlumatda o da bildirlib ki, yola quraşdırılmış minanın partlaması nəticəsində 6 hərbçi həlak olub.


Son xəbərlər

Orphus sistemi