Dünyanın ən təhlükəli narkotik qaçaqçısı yaralanıb

Dünyanın ən təhlükəli narkotik qaçaqçısı yaralanıb Kartel başçısı iyul ayında yealtı tunel vasitəsi ilə həbsxanadan qaçmışdı
Digər ölkələr
21 Oktyabr , 2015 07:36
Dünyanın ən təhlükəli narkotik qaçaqçısı yaralanıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Meksika rəsmiləri dünyanın ən təhlükəli narkotik qaçaqçısı hesab olunan Hoakin “El Çapo” Quzmanı ələ keçirməyə yaxındır.

"Report"un "Amerikanın Səsinə" istinadən verdiyi xəbərə görə, “El Çapo” adı ilə tanınan narkokartel başçısı həftə sonu Meksikanın şimal-şərqində keçirilən əməliyyat zamanı son anda qaçmağa müvəffəq olub.

Rəsmilər “El Çapo”nun Sinaloa dağlarında Meksika dəniz piyadalarından uzaqlaşdığı zaman ayağı və üzündən xəsarət aldığını bildiriblər.

Kartel başçısı iyul ayında yealtı tunel vasitəsi ilə həbsxanadan qaçmışdı. 

Bu hadisədən sonra Enqike Penya Nieto höküməti narkokartel başçısının Birləşmiş Ştatlara təhvil verilməsi ilə bağlı mövqeyini dəyişib və bəyan edib ki “El Çapo” ələ keçirildiyi an ekstradisiya olunacaq.

Son xəbərlər

Orphus sistemi