​Donald Tramp ABŞ vitse-prezidentliyinə namizədin adını sabah açıqlayacaq

​Donald Tramp ABŞ vitse-prezidentliyinə namizədin adını sabah açıqlayacaq Onların arasında Konqresin keçmiş sədirnin də adı var
Digər ölkələr
14 İyul , 2016 07:51
​Donald Tramp ABŞ vitse-prezidentliyinə namizədin adını sabah açıqlayacaq

Bakı. 14 iyul. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentiliyinə iddiaçı, milyader Donald Tramp vitse-prezidentliyə namizədinin adını iyulun 15-də Nyu-Yorkda tədbirdə elan edəcək.

"Report" xəbər verir ki, bunu onun seçki kampaniyasının rəhbəri Pol Manafort CNN telekanalına müsahibəsində bildirib.

İnformasiyaya əsasən, bir müddət əvvəl vitse prezident postuna potensial namizdələr arasında İndiana ştatının qubernatoru Maykl Pens, Konqresin Nümayəndələr Palatasının keçmiş sədri Nyut Qinqriçin və ABŞ hərbi kəşfiyyatının keçmiş rəisi general-leytenant Maykl Flinn də adları hallanırdı.

Qeyd edək ki, iyulun 18-21-də ölkənin Ohayo ştatının Klivlend şəhərində Respbulikaçılar Partiyasının qurultayında Donald Tramp prezidentliyə rəsmi namizəd olaraq irəli sürüləcək. İyulun 25-28-də isə Demokratlar Partiyası Pensilvaniya ştatının Filadelfiya şəhərində Hillari Klintonun ölkə prezidentinə namizdəliyini rəsmiləşdirəcəklər.

Son xəbərlər

Orphus sistemi