​Domodedovo hava limanında baş verən yanğın tam söndürülüb

​Domodedovo hava limanında baş verən yanğın tam söndürülüb Hava limanı artıq iş rejimini tam bərpa edib
Digər ölkələr
3 Sentyabr , 2015 12:48
​Domodedovo hava limanında baş verən yanğın tam söndürülüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Domodedovo hava limanında baş verən yanğın tam söndürülüb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsindən bildirilib.

Hava limanından 3 mindən artıq insan təxliyə edilmişdi. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hava limanında 20 kvadrat metr sahədə terminal binasının aşağı mərtəbəsində yerləşən baqaj bölməsində kabel və kabel kanallarında yanğın baş vermişdi.

Hadisəyə görə təyyarələrin uçuşu müvəqqəti olaraq həyata keçirilmirdi. Hava limanına gələn təyyarələrin qəbulunda və enməsində məhdudiyyət olmayıb.

Son xəbərlər

Orphus sistemi