Debaltsevo şəhərinin bir hissəsi separatçıların nəzarətinə keçib

Debaltsevo şəhərinin bir hissəsi separatçıların nəzarətinə keçib Poroşenko dünya liderlərini Avropanın mərkəzində yeni müharibənin başlanmasına imkan verməməyə çağırıb
Digər ölkələr
18 Fevral , 2015 00:08
Debaltsevo şəhərinin bir hissəsi separatçıların nəzarətinə keçib

Bakı. 18 fevral. REPORT.AZ/ Ukrayna Müdafiə Nazirliyi ölkənin şərqindəki Debaltsevo şəhərinin bir hissəsinin rusiyapərəst separatçılar tərəfindən ələ keçirilməsi faktını təsdiqləyib.

"Report" xəbər verir ki, Ukrayna tərəfi şəhər uğrunda döyüşlərin davam etdiyini və bir neçə ukraynalı bir neçə hərbçinin əsir düşdüyünü bildirib.

Lakin separatçilar əsir düşən ukraynalı əsgərlərin sayının 120 olduğuna diqqət çekirlər.

Fevralın 12-də Minskdə əldə olunan razılaşmaya əsasən tərəflər fevralın 15-də atəşkəs elan etməli, fevralın 17-dən isə ağır silahları cəbhə xəttindən geri çəkilməli idi. Lakin razılaşma kağız üstündə qaldı.

Bu arada Ukrayna prezidenti Pyotr Poroşenko dünya ictimaiyyətini Avropanın mərkəzində yeni müharibənin başlanmasına imkan verməməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi