​Danimarkada növbəti atışma: 1 nəfər ölüb, 2 polis yaralanıb

​Danimarkada növbəti atışma: 1 nəfər ölüb, 2 polis yaralanıb Atışma Kopenhagen sinaqoqlarından birində baş verib
Digər ölkələr
15 Fevral , 2015 06:09
​Danimarkada növbəti atışma: 1 nəfər ölüb, 2 polis yaralanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Danimarkanın paytaxtı Kopenhagendə yerləşən sinaqoqlardan birinin binasında atışma olub.

"Report" "Sky News" telekanalına istinadən xəbər verir ki, atışma nəticəsində bir nəfər ölüb, iki polis əməkdaşı odlu silah yarası alıb.

Bundan əlavə, şübhəli şəxsin hadisə yerindən qaçdığı məlum olub.

Telekanalın məlumatına görə, atışma ilə əlaqədar Norreport metrosu və vağzalı təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi