Yuxarı

​Danimarkada növbəti atışma: 1 nəfər ölüb, 2 polis yaralanıb

Atışma Kopenhagen sinaqoqlarından birində baş verib

Bakı. 15 fevral. REPORT.AZ/ Danimarkanın paytaxtı Kopenhagendə yerləşən sinaqoqlardan birinin binasında atışma olub.

"Report" "Sky News" telekanalına istinadən xəbər verir ki, atışma nəticəsində bir nəfər ölüb, iki polis əməkdaşı odlu silah yarası alıb.

Bundan əlavə, şübhəli şəxsin hadisə yerindən qaçdığı məlum olub.

Telekanalın məlumatına görə, atışma ilə əlaqədar Norreport metrosu və vağzalı təxliyə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi