Con Kerri Çinin xarici işlər naziri ilə görüşüb

Con Kerri Çinin xarici işlər naziri ilə görüşüb Danışıqlar zamanı Cənubi Çin dənizində mübahisəli ərazilər məsələsi də müzakirə olunub
Digər ölkələr
16 May , 2015 21:12
Con Kerri Çinin xarici işlər naziri ilə görüşüb

Bakı. 16 May. REPORT.AZ/ Çinin xarici işlər naziri Vanq Yi Pekində səfərdə olan ABŞ Dövlət katbi Con Kerriyə Pekinin öz suverenliyi və ərazi bütövlüyünü qorumaq işində olduqca qətiyyətli olduğunu deyib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Vanq Yi, bu açıqlamanı iki diplomat arasında aparılan danışıqlardan sonra keçirilən mətbuat konfransında verib.

Danışıqlar zamanı iki ölkə arasında ticari münasibətlər, Şimali Koreyanın nüvə proqramı və Cənubi Çin dənizində mübahisəli ərazilərlə bağlı gərginliklər kimi müxtəlif məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi