Çində torpaq sürüşməsi nəticəsində azı 41 nəfər itkin düşüb

Çində torpaq sürüşməsi nəticəsində azı 41 nəfər itkin düşüb 22 ev dağılaraq daş və palçıq altında qalıb
Digər ölkələr
20 Dekabr , 2015 15:55
Çində torpaq sürüşməsi nəticəsində azı 41 nəfər itkin düşüb

Bakı. 20 dekabr. REPORT.AZ/ Çində torpaq sürüşməsi nəticəsində azı 41 nəfər itkin düşüb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Şençjen şəhərində baş verən təbii fəlakət səbəbindən 22 ev dağılaraq daş və palçıq altında qalıb.

Təhlükəli ərazilərdən 900 nəfər təxliyə edilib. İtkin düşənlərin axtarışı üçün fəlakət zonasına yüzlərlə xilasedici cəlb olunub.

Son xəbərlər

Orphus sistemi