​Çində sel daşqınları nəticəsində 10 nəfər ölüb, 4 nəfər itkin düşüb

​Çində sel daşqınları nəticəsində 10 nəfər ölüb, 4 nəfər itkin düşüb Ölkənin Hunan əyalətində yarım milyona yaxın insan daşqınlardan zərər çəkib
Digər ölkələr
23 May , 2016 06:14
​Çində sel daşqınları nəticəsində 10 nəfər ölüb, 4 nəfər itkin düşüb

Bakı. 23 May. REPORT.AZ/ Çində aramsız yağışlar daşqınlarla nəticələnib. 

"Report"un məlumatına görə, bu barədə Sinxua agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, təbii fəlakət nəticəsində 8 nəfər fəyatını itirib, 4 nəfər itkin düşüb.

Ölkənin Hunan əyalətində yarım milyona yaxın insan daşqınlardan zərər çəkib. 18000 nəfər ərazidən təxliyyə edilib, 4000 nəfərin təcili yardıma ehtiyacı var.

Ölkənin cənubundakı Quansi-Çjuan muxtar rayonunda 2 nəfər həlak olub, 290 min insan zərər çəkib. 610 yaşayış evi su altında qalıb, 12000 nəfər ərazidən təxliyyə edilib.

Son xəbərlər

Orphus sistemi