Çində ölüm hökmü ilə nəticələnəcək rüşvətin həcmi müəyyənləşdirilib

Çində ölüm hökmü ilə nəticələnəcək rüşvətin həcmi müəyyənləşdirilib Bu barədə Çinin Ali Xalq Məhkəməsi və Ali Xalq Prokurorluğunun fərmanında deyilir
Digər ölkələr
18 Aprel , 2016 11:01
Çində ölüm hökmü ilə nəticələnəcək rüşvətin həcmi müəyyənləşdirilib

Bakı. 18 aprel. REPORT.AZ/ Çində 3 milyon yuandan (460 min ABŞ dolları) artıq məbləğdə rüşvət almış məmurlara qarşı ölkədə mövcud olan ən ağır cəza - ölüm hökmü veriləcək.

"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Ali Xalq Məhkəməsi və Ali Xalq Prokurorluğunun bu gün dərc edilmiş fərmanında deyilir.

Qeyd edək ki, Çin Xalq Respublikasının sədri Si Tszinpin 2012-ci ildə hakimiyyətə gələndən sonra kütləvi anti-korrupsiya kampaniyasına başlayıb. Hazırda onlarla yüksək rütbəli dövlət rəsmiləri və dövlət şirkətlərinin top-menecerləri barəsində istintaq araşdırmaları aparılır.

Son xəbərlər

Orphus sistemi