Çində G20 sammiti ərəfəsində genişmiqyaslı antiterror təlimləri başlayıb

Çində G20 sammiti ərəfəsində genişmiqyaslı antiterror təlimləri başlayıb Təlimlərə cəlb olunan hərbçi və texnikanın sayı, onun müddəti barədə məlumat verilmir
Digər ölkələr
27 Avqust , 2016 10:45
Çində G20 sammiti ərəfəsində genişmiqyaslı antiterror təlimləri başlayıb

Bakı. 27 avqust. REPORT.AZ/ Çinin Şanxay şəhərində irimiqyaslı antiterror təlimləri başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, təlimlər Çin Xalq Azad Ordusunun Şanxay qarnizonu, silahlı polisin Şanxay bölüyü və ictimai təhlükəsizlik üzrə şəhər idarəsi ilə birgə Şanxay Antiterror Komitəsi tərəfindən təşkil edilib.

Təlimlərə cəlb olunan hərbçi və texnikanın sayı, eləcə də onun müddəti barədə məlumat verilmir.

Qeyd edək ki, daha əvvəl Çin KİV-i artan terror təhlükəsi və Xançjouda keçiriləcək G20 sammiti səbəbi ilə Şanxayın aeroportlarında və dəmir yolu stansiyalarında təhlükəsizlik tədbirlərinin gücləndirildiyini xəbər verib.

Son xəbərlər

Orphus sistemi