Çilinin cənubunda katolik kilsəsi yandırılıb

Çilinin cənubunda katolik kilsəsi yandırılıb Polis hadisəni törətmiş cinayətkarların axtarışına başlayıb
Digər ölkələr
5 Avqust , 2016 02:39
Çilinin cənubunda katolik kilsəsi yandırılıb

Bakı. 5 avqust. REPORT.AZ/ Naməlum şəxslər Çilinin cənubunda katolik kilsəsini yandırıblar.

"Report" xəbər verir ki, bu barədə "Biobio" radiosu məlumat yayıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Polis hadisəni törətmiş cinayətkarların axtarışına başlayıb.

Məlumata görə, hadisə yerində radikal hindi qruplaşmalarının şüarları tapılıb. Çili xalqının bu nümayəndələri öz torpaqlarının geri qaytarılmasını tələb edirlər.

Məlumata görə, ilin əvvəlindən bu günə kimi Çilidə 16 katolik və protestant kilsəsi yandırılıb.

Yanğınların hindi mapuçilər tərəfindən törədildiyi iddia edilir.

Son xəbərlər

Orphus sistemi