​Çilidə baş vermiş qarşıdurmalar zamanı 50-dən çox adam saxlanılıb

​Çilidə baş vermiş qarşıdurmalar zamanı 50-dən çox adam saxlanılıb Saxlanılanlardan 17-i yetkinlik yaşına çatmayanlardır
Digər ölkələr
5 Avqust , 2016 04:50
​Çilidə baş vermiş qarşıdurmalar zamanı 50-dən çox adam saxlanılıb

Bakı. 5 avqust. REPORT.AZ/ Çilinin Santyaqo şəhərində tələbə və şagirdlərin razılaşdırılmış aksiyası qarşıdurma ilə başa çatıb.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları qarşıdurma zamanı ən azı 51 nəfərin saxlanıldığını açıqlayıblar. Saxlanılanlardan 17-i yetkinlik yaşına çatmayanlardır.

Aksiyada nizamsızlıq etirazçıların paytaxtın əsas Libertador-Xeneral-Bernardo-O Hiqqins prospektini ələ keçirməyə çalışmasından sonra başlayıb.

Polis nümayişçiləri dağıtmaq üçün su şırnağı tətbiq edib. Buna cavab olaraq tələbələr asayiş keşikçilərinə daş və digər əşyalar atıblar.

Aksiyanın təşkilatçılarının sözlərinə görə, qarşıdurma təxribatçıların günahı üzündən baş verib.

Tələbələrin Konsepson şəhərindəki nümayişi də qarşıdurmalarla başa çatıb. Burada üzündə maska olan iki qrup yerli universitetin yaxınlığındakı avtomobilləri yandırıb. 

Son xəbərlər

Orphus sistemi